22 Nisan 2009, 13:30. fav. ccronaldo.
Etiketler:
22 Nisan 2009, 13:23. fav. ccronaldo.
Etiketler:
|
İSLAM VƏ ƏTRAF MÜHİT
|
|
1.Ağacların, meşələrin və yaşıllıqların qorunması 1.1.Quranda ağac
Ətraf mühiti qorumağın ən mühüm mövzularından biri də, heç şübhəsiz, ağacların, meşələrin, yaşıl sahələrin və bu cür yerlərdə yaşayan hər cür canlı növünün mühafizə edilməsidir. Bu sahələrin qorunması ilə bağlı həm əxlaqi, həm də hüquqi prinsiplər diqqətimizi çəkməkdədir. “Bolluca yağış tökdük, bitkilərlə dəlik-dəlik elədik yer üzünü. Bitirdik orada dənli bitkiləri, üzümlükləri, yoncalıqları, zeytun, xurma bağlarını, sıx ağaclı bağ-bağatı, növbənöv meyvələri, otları. Sizin dolanmağınız üçündür, mal-qaranız üçündür bunların hamısı (Abəsə 25-32) “Və bu suyla sizdən ötrü əkin yerləri, zeytunluqlar, xurmalıqlar, üzümlüklər və hər cür meyvə ağacları yetirər O. Bunlarda, şübhəsiz, ayələr var düşünən kəslər üçün” (Nəxl 11).
İnsan Allahın yer üzündə xəlifəsidir. «Xəlifə» vəkil deməkdir. Allah insan üçün yer üzündə məsuliyyət qoyub. Yer üzündəki müvazinət ona tapşırılıb, əmanətə xəyanət edə bilməz. Ətraf mühitlə əlaqədar olan mühüm bir mövzu da ev heyvanlarına yaxşı münasibət və onları qorumaq məsələsidir. aha doğrusu, şəfqət və mərhəmətimizi onlara da şamil etməkdir. Günümüzdə artıq bir sıra heyvanların kökü kəsilməkdədir. Bəzi heyvanlar isə küçələrdə ac-yalavac dolanmaqdadır. Bunlar bizim islami dəyərlərə laqeydliyimizdən irəli gəlir. Çünki islam təkcə insan-insan, insan-cəmiyyət əlaqələrini deyil, insan-ətraf mühit əlaqələrinə aid olan əsas dəyərləri də müəyyənləşdirib. 2.1. Quranda heyvanlar Qurana baxdığımız zaman ekoloci sistemin mühüm üzvlərindən biri olan heyvanlara verilən əhəmiyyət həmən fərq edilir. ranın bəzi surələrinin də müxtəlif heyvan adları ilə adlandırılıması müşahidə edilir: Baqara (inək), Nəhl (bal arısı), Ənkəbut (hörümçək), Nəml (qarışqa). Quranın heyvanlarla bağlı digər diqqət çəkici cəhəti heyvanların da ümmət olduğunu bildirməsidir. «Yerdə qaçan heyvanlar, göydə qanad çalıb uçan quşlar da sizlər kimi canlıların icmalarıdır. Kitabda heç bir şeyin üstündən Biz ötməmişik. Sonra onlar da dönər Rəblərinin dərgahına» (Ənam 38). Quran bununla birlikdə heyvanları Yaradıcının sənətindəki məharəti və üstünlüyü ifadə edən bir sənət əsəri kimi də təqdim etməkdədir: «Heyvanlarda da ibrətamiz şeylər vardır sizin üçün. Qarınlarından, mə'də-bağırsaqdakılarla qan arasından çıxardığımız xalis süd [yə'ni nə yarımçıq həzm edilən qida, nə də qan iyi, tamı verən maye] içənlərin boğazından asan keçən südü içirdirik sizə» (Nəhl 66).
«Bir baxıb görələr dəvə necə yaranmış, görələr göy necə ucaldılmış, görələr dağlar necə yerə dikilmiş, görələr yer necə döşənmiş. Andırsana bunları insanlara, inandırmaqdır sənin borcun onları» (Ğaşiyə 17-21).
Qərb səyyahlarının müsəlmanların təbiətlə və canlılarla bir sülh şəraitində yaşamaları ilə əlaqədar aşağıdakı təsbitləri diqqət çəkicidir. 17-ci əsrdə Osmanlı ölkəsini gəzmiş olan fransız vəkil Quer xəstələnən pişiklər və itlər üçün Şamda bir xəstəxananın olduğunu söyləmişdir. Şamdakı heyvan vəqfləri ilə bağlı prof. Sibai isə aşağıdakı məlumatları verir: «Əski vəqf ənənəsində xəstə heyvanların müalicə edilməsi və otarılması üçün yerlər vardı. Yaşıl Mera bir zamanlar iş qabiliyyətini itirdiyindən sahibləri tərəfindən baxılmayan heyvanların otarılması üçün bir sahə idi. Bu heyvanlar ölüncəyə qədər orada otarılırdı. Şam vəqfləri arasında heyvanların yeyib yatdığı və gəzindiyi yerlər də vardı. Belə ki, hər gün yeyəcəklərini tapmaqda heç bir çətinlik çəkməyən yüzlərlə pişik buranın inventarı vəziyyətində idi. 4. Dünyanın qaynaqlarını israf etməmək İslamın ətraf mühitlə bağlı bir prinsipi də israfçılığı yasaqlamasıdır. Quranda «Şübhəsiz, Biz hər şeyi bir ölçüyə görə yaratmışıq» buyrulur. Bu ölçünü nəzərə almaq və onu pozmamaq insanların vəzifələri sırasındadır. Ekologiya elmi də göstərir ki, kainat çox həssas ekoloci sistemlərə malikdir. Ona görə müsəlman bu təbii müvazinəti poza və ya onun pozulmasına tamaşaçı ola bilməz.
|
22 Nisan 2009, 13:19. fav. ccronaldo.
Etiketler:
EKOLOJİ DURUM
Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.